Otar Şamuqiya - Gürcüstan və Moldova Avropa İtifaqına namizəd statusu almaq üçün işləyir, əhəmiyyətlidir, birgə səylərlə, prosüs ölkələörimiz üçün müsbət nəticəyə qədər getsin
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Otar Şamuqiya Bakıya işgüzar səfəri çərçivəsində Moldova Respublikasının Kənd Təsərrüfatı və Ərzaq naziri, Viorel Çerçius ilə görüşdü.
Görüşdə Otar Şamuqiya qeyd etdi ki, Gürcüstan və Moldovanın ümumi çağırışlar qaşısındadılar. Onun sözlərinə görə, bu fonda təcrübə mübadiləsi baxımından iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi xüsusilə vacibdir.
“Gürcüstan, necə Moldova Avropa İtifaqına namizəd statusu almağa çalışır. Əhəmiyyətlidir, birgə səylərlə, prosüs ölkələörimiz üçün müsbət nəticəyə qədər getsin. Gürcüstan müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi əlaqələrdə sıx əməkdaşlığa hazır olduğunu bildirir”, -Otar Şamuqiya bəyan etdi.
Moldova Respublikasının Kənd Təsərrüfatı və Ərzaq nazirinin sözlərinə görə, iki ölkə arasında şərabçılıq, meyvəçilik və bitkilərin mühafizəsi sahəsində fəal əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
“Avropa İttifaqının müddəalarına riayət etməklə və təcrübə mübadiləsi etməklə biz ümumi uğura nail olacağıq”, – Viorel Çeçius bəyan etdi.
Otar Şamuqiya görüşdə əsas diqqəti ərzaq təhlükəsizliyi məsələsinə yönəltdi və qeyd etydi ki, bölgədə davam edən müharibə səbəbindən taxıl bazarlarının diversifikasiyası məsələsi gündəmdə durur. Nazir qeyd etdi ki, taxıl istehsalı sahəsində Moldovanın təcrübəsini bölüşmək vacibdir.
Nazirlər arasında keçirilən görüşdə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin birinci müavini, Giorgi Xanişvili və Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Zurab Pataradze iştirak edirdilər.
Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.