Otar Şamuqiya Ermənistan Respublikasının səfiri, Aşot Smbatyan ilə görüşdü
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Otar Şamuqiya Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Aşot Smbatyanla görüşdü.
Otar Şamuqiya səfiri vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.
Tanışlıq xarakterli görüşündə tərəflər iki ölkə arasında sıx ticarət-iqtisadi əlaqələrdən danışdılar, kənd təsərrüfatı istiqamətində gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər. Otar Şamuqiya qeyd etdi ki, iki ölkə arasında kənd təsərrüfatı istiqamətində əməkdaşlıq memorandumunun hazırlanması davam edir və bu, konkret məsələlərin birgə müzakirəsinə və qərarların qəbuluna töhfə verəcək.
Aşot Smbatyan ölkələr arasında çoxəsrlik mehriban qonşuluq münasibətlərini vurğulayaraq, Gürcüstan və Ermənistan arasında mövcud münasibətlərin dərinləşməsinə imkanlar yaratmağa hazır olduğunu bildirdi.
Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yayır.