Otar Şamuqia yaxın vaxtlarda əsas istehlak üçün nəzərdə tutulan çörəyin qiymətlərinin azala biləcəyini açıqlayır
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia əsas istehlak üçün nəzərdə tutulan çörəyin qiymətlərinin azala biləcəyini açıqlayır.
Bu barədə nazir bu gün hökumətin iclası başa çatdıqdan sonra keçirilən brifinqdə məlumat verib.
“Son vaxtlar biz buğda və unla bağlı qiymətlərin ucuzlaşması dinamikasını müşahidə edirik. Xüsusilə unun qiymətində xeyli ucuzlaşmanı söyləmək olar. Müvafiq olaraq, biz artıq çörək istehsalçıları ilə əlaqə saxlamışıq və gözləyirik ki, unun qiymətində müşahidə etdiyimiz ucuzlaşma artıq çörəyə də yansıyacaq. Yəqin ki, yaxın vaxtlarda piştaxtalarda konkret növ çörəklərin, əsas istehlak üçün nəzərdə tutulan çörəyin qiymətlərində ucuzlaşmanın şahidi olacağıq.
Dəyirmanlarla, fermerlərlə, çörək istehsalçıları ilə daim əlaqə saxladığımızı bilirsiniz. Keçən həftə də görüşlərimiz oldu və onlardan təsdiq aldıq ki, ola bilsin, indiki şəraitdə un və buğda ilə bağlı baş verən dəyişikliyin çörəyin qiymətlərində əks olunması mümkündür və ona görə də yaxın gələcəkdə biz birbaşa piştaxtalarda çörəyin qiymətində azalma gözlədiyimizi açıqladıq” -deyə Otar Şamuqia açıqlayıb.