Otar Şamuqia - Sahibkarların təşəbbüsü əsasında Rusiyaya süd məhsullarının ixracı müharibə dövründə deyil, 2019-cu ildə həyata keçirilib, məsələni bu cür təqdim etmək çirkin kampaniyadır
Otar Şamuqia - Sahibkarların təşəbbüsü əsasında Rusiyaya süd məhsullarının ixracı müharibə dövründə deyil, 2019-cu ildə həyata keçirilib, məsələni bu cür təqdim etmək çirkin kampaniyadır

Sahibkarların təşəbbüsü əsasında Rusiyaya süd məhsullarının ixracı müharibə dövründə deyil, 2019-cu ildə həyata keçirilib, məsələni bu cür təqdim etmək çirkin kampaniyadır ”, – deyə Ekologiya və Kənd Təsərrüfatı Naziri Otar Şamuqia bildirib.

“Son bir həftə ərzində biz həddindən artıq tənqid, böhtan və çirkin kampaniyalar eşidirik ki, guya biz Ukraynanın indiki çətin durumunda Rusiya bazarına süd məhsulları ixrac edəcəyik. Mən bir neçə irad bildirmişəm və bir daha qeyd etmək istəyirəm ki, sahibkarların təşəbbüsü əsasında 2019-cu ildə ixracla bağlı müraciət edilib, bunu sübut edən müvafiq sənədlər var, müharibə dövründə olmayıb – məsələni belə təqdim etmək çirkin kampaniyadır. Bu qəbuledilməzdir və məncə, bununla bağlı spekulyasiyalara son qoyulmalıdır”, – bu barədə Otar Şamuqiyanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.