Otar Şamuqia - ötən il bir neçə yeni mühafizə olunan ərazi yaradılıb, onların ümumi sahəsi 120 min hektar müəyyən edilib
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia “Biznes tərəfdaş” proqramının efirində mühafizə olunan ərazilərin inkişafı istiqamətində əldə olunan nəticələrdən danışıb.
“Bu il biz mühafizə olunan ərazilər istiqamətində çox mühüm addımlar atdıq: bir neçə yeni mühafizə olunan ərazi yaradılıb və onların sahəsi təxminən 120 min hektar müəyyən edilib. Ölkə ərazisinin təxminən 13 faizi mühafizə olunan ərazidir və biz bu prosesi davam etdiririk. Biz Quria və Sameqrelo-Zemo Svaneti istiqamətində işləyirik. Təbii ki, ərazilərdə müvafiq ekoturizm infrastrukturunun yaradılması vacibdir. Tsalka kanyonu bu il açılıb və çoxlu turist tərəfindən ziyarət edilib. Gələcəkdə yeni yerlərimiz olacaq. Mümkün qədər çox ziyarətçinin qorunan ərazilərimizi ziyarət edə bilməsi üçün müvafiq infrastrukturun olması istiqamətində aktiv şəkildə çalışırıq. Buradaca qeyd etmək istərdim ki, bu istiqamətdə yaxşı nəticələrimiz var. Bu il artıq 880 000-dən çox ziyarətçimiz olub ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. Hesab edirəm ki, 2023-cü il bu baxımdan daha aktiv olacaq. Ölkədə daha da maraqlı obyektlər olması üçün biz həm büdcə vəsaitləri, həm də özəl investisiyalar cəlb etməklə çox aktiv işləyəcəyik”- deyə Otar Şamuqia bildirib.