Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia çörəyin qiyməti ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, dövlətin məqsədi ilk növbədə yerli istehsalı təşviq etmək və özünütəminat göstəricisini artırmaqdır.
“Səfərimiz çərçivəsində Amerika Birləşmiş Ştatlarında həmkarlarımızla görüşlərimiz oldu. Amerikalı həmkarlarımızın köməyi ilə birinci mərhələdə, dəyər zəncirinin öyrənilməsinə başlayacağımızı gözləyirik. Daha sonra dəstəyə ehtiyac duyulan istiqamətlərin ehtiyacları müəyyən ediləcək. Tədqiqatların nəticələrinə əsasən, dəstək tədbirləri ilə bağlı qərarlar qəbul edəcəyik” – deyə Otar Şamuqia bildirib.
Nazir həmçinin qeyd edib ki, həm buğdanın, həm də unun qiymətinin ucuzlaşması baxımından yaxşı tendensiya var. O , avqustda ölkəyə təxminən 25 min ton buğda gətirildiyini bildirib. İxrac vergisi azaldılıb ki, bu da dəyirmanların adi rejimdə fəaliyyətə başlamasına kömək edəcək.
Şamuqia, qeyd olunan tendensiyanın qorunub saxlanılmasının çörəyin qiymətinə təsir edəcəyini və ucuzlaşacağını bildirib.