Otar Şamuqia - heyvan mənşəli məhsullarının ixracı ilə bağlı danışıqlar prosesi 2020-ci ildə konkret şirkətlərin müraciəti əsasında başlayıb
Biz hər bir halda vətəndaşlarımızın, fermerlərimizin və sahibkarlarımızın maraqlarına uyğun konkret qərar qəbul etməyə borcluyuq-bu barədə Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı naziri Otar Şamuqia hökumətin iclasından sonra bildirib.
Onun sözlərinə görə, bütün məsələlərə yönəlik məsuliyyətli davranan və müvafiq olaraq bu məsuliyyətdən irəli gələrək qərarlar qəbul edən hökumətdir.
Eyni zamanda, Otar Şamuqia kənd təsərrüfatı məhsulları bazarının şaxələndirilməsinin mühüm amillərdən biri olduğunu bildirib və bu amilin heyvan mənşəli məhsullarının ixracı məsələsi ilə də bağlı olduğunu qeyd edib.
” İlk növbədə qeyd etmək istərdim ki, bazarın diversifikasiyasına qayğı göstərmək çox vacibdir; Biz illərdir bu məsələlər üzərində işləyirik. Aİ, ABŞ, Çin və s. kimi bazarlara ixracı artırmaq üçün müxtəlif şirkətlərlə fəal əməkdaşlıq edirik. Bizim konkret nəticələrimiz var. Ötən il 142 milyon dollar civarında rekord həcmdə ərzaq məhsulları ixracına nail olduq, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 200 milyonluq artım qeydə alındı, bu isə şirkət və dövlət qurumlarının birgə fəaliyyətinin nəticəsidir. Bu istiqamətdə aktiv fəaliyyətimizi davam etdiririk” -deyə Otaq Şamuqia bildirib.
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin də qeyd etdiyi kimi, Gürcüstanın heyvan mənşəli məhsullarının Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə ixracı ilə bağlı çoxlu spekulyasiyalar var. Bununla yanaşı, nazirin sözlərinə görə, Milli Qida Agentliyinin rəhbərinin Rusiya tərəfi ilə əlaqəsi bir neçə gün əvvəl Rusiya tərəfinin təşəbbüsü ilə, onların müraciəti əsasında baş tutub.
” Biz Aİ ilə işləyirik, Milli Qida Agentliyinin Aİ-yə heyvan mənşəli məhsulların ixracı üçün lazım olan standartları və qaydaları təmin etmək üçün xüsusi planı var. Aİ-də bal məhsuluna icazə verildi və keçən il bu istiqamətdə çox yaxşı nəticə əldə etdik. Bu prosesin davamı Rusiya və Avrasiya İttifaqının digər ölkələrinə heyvan mənşəli qidaların ixracı məsələsidir. Danışıqlar prosesi konkret şirkətlərin müraciəti əsasında başladı. 2020-ci ildə Milli Qida Agentliyi bu məsələ ilə bağlı işə başlayıb. Bundan sonra proses üçün lazım olan bəzi sənədləri və məlumatları təqdim etməkdən başqa heç bir əlaqəmiz olmayıb. Bir neçə gün əvvəl biz Rusiyadan cavab aldıq ki, 15 şirkətin məhsulu bazara buraxılır” – deyə Otar Şamuqia bildirib.