Otar Şamuqia - gələn il gürcü şərabının populyarlaşdırılmasına büdcədən 14 milyon lari xərclənəcək
Otar Şamuqia - gələn il gürcü şərabının populyarlaşdırılmasına büdcədən 14 milyon lari xərclənəcək

 

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia “Biznes tərəfdaş” proqramında gürcü şərabının ixracının göstəriciləri və potensialından danışıb.

Nazir qeyd edib ki, ötənilki rekord şərab ixracı bu il daha da artacaq.

“İxrac göstəricilərinin artması bizim məqsədimizin gürcü şərabını populyarlaşdırmaq olan həmin prioritet bazarlarda mümkün qədər çox tədbirlər planlaşdırmaq üçün aktiv işləməyimizin nəticəsidir. Gələn il təkcə büdcədən gürcü şərabının dünyanın bir çox ölkələrində, o cümlədən Amerika Birləşmiş Ştatlarında, Avropa bazarında, Çində populyarlaşdırılmasına 14 milyon lari xərclənəcək. Bu istiqamətdə Cənubi Koreyada aktiv şəkildə fəaliyyətə başlayırıq. Qeyd etmək lazımdır ki, Amerika və Yaponiya bazarlarına ixracımızda təxminən 40 faiz artım var. Müvafiq olaraq gürcü şərabının daha da populyarlaşdırılması üçün tərəfimizdən daha çox dəstək olacaq. Sahibkarlara ölkədən daha çox məhsul ixrac edə bilmələri üçün daha çox kömək edəcəyik” – deyə Otar Şamuqia açıqlayıb.