Otar Şamuqia Dünya Bankının Cənubi Qafqaz üzrə daimi nümayəndəsi ilə görüşüb
Otar Şamuqia Dünya Bankının Cənubi Qafqaz üzrə daimi nümayəndəsi ilə görüşüb

 
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia Dünya Bankının Cənubi Qafqaz regionu üzrə daimi nümayəndəsi Ronald Prays ilə görüşüb. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, görüşdə tərəflər Dünya Bankının dəstəyi ilə ölkədə kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi istiqamətində cari layihələri və gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Otar Şamuqia Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyətindən danışıb, ölkədə meliorasiya infrastrukturu, torpaq idarəçiliyi, kənd təsərrüfatının inkişafı istiqamətində mövcud çağırışlar və birgə layihələrlə artıq əldə olunan nəticələrə diqqət çəkib.

“Dünya Bankı tərəfindən dəstəklənən “Gürcüstanın Davamlı Kənd Təsərrüfatı, Suvarma və Torpaq Layihəsi” Gürcüstanın irriqasiya sektorunda islahatların aparılması prosesində xüsusi rol oynayır. Düşünürəm ki, maksimum əməkdaşlıq və koordinasiya ilə biz ümumi məqsədləri effektiv şəkildə həyata keçirə, çağırışları dəf edə və daha yaxşı nəticələr əldə edə biləcəyik” – deyə Otar Şamuqia bildirib.

Ronald Praysın qeyd etdiyi kimi, Gürcüstan və Dünya Bankı illərdir uğurlu əməkdaşlıq edir və gələcəkdə əlaqələr daha da dərinləşəcək.

Görüşdə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Tenqiz Nasaridze, nazirliyin müvafiq xidmətlərinin və Dünya Bankının nümayəndələri iştirak ediblər.