Otar Şamuqia - bu gün mövcud vəziyyəti təhlil edərək buğda ixracına qoyulan qadağanı vaxtından əvvəl ləğv etmək qərarını verdik
2021-ci ilin yayında buğda və arpa ixracının dayandırılması ilə bağlı qərarı mövcud vəziyyətdən irəli gələrək qəbul etmişdik və ölkədə istehsal olunan məhsulların tam yerli tələbat üçün istifadəsini təmin etmək məqsədi daşıyırdı – bu barədə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia açıqlayıb.
Nazir qida təhlükəsizliyi riskləri nəzərə alınmaqla qərarın əsaslandırılmış olduğunu bildirib.
“Sonra bir neçə aya arpa ilə bağlı bu məhdudiyyəti aradan qaldırdıq. Bu gün mövcud vəziyyəti təhlil etdikdən sonra buğdaya qoyulan məhdudiyyətin də aradan qaldırılması ilə bağlı qərar qəbul etdik”-deyə nazir qeyd edib.
Nazirin qeyd etdiyi kimi, qərar fermerlərə mövcud buğdanı azad ticarət münasibətlərində, azad ticarət məkanında satmağa kömək edəcək, çünki ərzaq təhlükəsizliyi hissəsində heç bir təhlükəsizlik riski yoxdur.
“Ölkədə həm un, həm də təxminən iki-üç ayın buğda ehtiyatı var , üç aydan sonra isə yeni məhsulu gözləyirik. Bütün bunlardan irəli gələrək, buğdanın ixracına qoyulan qadağanı vaxtından əvvəl ləğv etmək qərarını verdik. İyul ayına qədər qadağamız var idi və mövcud vəziyyətlə bu qadağanın aradan qaldırılmasını məqsədəuyğun hesab edirik” – deyə Otar Şamuqia açıqlayıb.