Otar Şamuqia bildirir ki, 2022-ci ildə yüksək dağlıq yaşayış məntəqələrində kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə təxminən 5 milyon lari ayrılacaq
2022-ci ildə yüksək dağlıq yaşayış məntəqələrində aqrosığorta , “Gələcəyi Qur”, emal və saxlama müəssisələri proqramı kimi kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə təxminən 5 milyon lari ayrılacaq- bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqiya Hökumət Administrasiyasında baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyi ilə bu gün keçirilən Dağın İnkişafı üzrə Milli Şuranın iclasından sonra bildirib.
Nazirin verdiyi məlumata görə, 2021-ci ildə yüksək dağlıq yaşayış məntəqələrində kənd təsərrüfatının inkişafı istiqamətində 3 milyon lariyə qədər vəsait xərclənib.
“Bu gün baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Dağ Şurasının iclası keçirildi, iclasda 2021-ci ildə yüksək dağlıq yaşayış məntəqələrində kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən layihələrlə bağlı hesabat təqdim etdik. Bu tədbirlər üçün fonddan təxminən 3 milyon lari ayrıldı, emal müəssisələrinin, eləcə də kənd təsərrüfatı kooperativlərinin yaradılması, yeni bağların salınması maliyyələşdirildi. Eyni zamanda, 2022-ci ilin planını müzakirə etdik. 2022-ci ildə yüksək dağlıq yaşayış məntəqələrində aqrosığorta , “Gələcəyi Qur”, emal və saxlama müəssisələri proqramı kimi kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə təxminən 5 milyon lari ayrılacaq”- deyə Otar Şamuqia bildirib.