Otar Şamuqia - 67 minə qədər benefisiar aqrosığorta dövlət proqramından faydalanıb, kompensasiya edilmiş zərər 83 milyon larini aşır
67 minə qədər benefisiar aqrosığorta dövlət proqramından faydalanıb, kompensasiya edilmiş zərər 83 milyon larini aşır – bu haqda Gürcüstanın ətraf mühitin müdafiəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia parlamentdə 2023-cü ilin hesabatını təqdim edərkən deyib.
Şamuqianın qeyd etdiyi kimi, iqlim risklərinin sığortalanması üçün aqrosığorta dövlət proqramı illərdir həyata keçirilir.
“Proqramın fermerlərin maraqlarına daha da uyğunlaşdırılması və benefisiarların sayının artması üçün hər il proqrama dəyişikliklər daxil edilir. Son illərdə daxil edilən dəyişikliklər nəticəsində sığorta polisinin premiyasında dövlətin müştərək iştirak payı artıb – üzümçülüklə məşğul olan fermerlər 50% əvəzinə 70%-lik müştərək maliyyələşdirmə ilə sığorta polislərini almaq imkanı əldə ediblər; 5 ha-dan 20 ha-dək, dənli bitkilər halında bir nəfər tərəfindən sığortalana biləcək torpaq sahəsi 30 ha-dan 100 ha-ya qədər artırılıb. Sığorta şirkətləri tərəfindən zərərə reaksiya verilməsi /qiymətləndirilməsi müddəti azaldılıb və 21 gün əvəzinə 15 gün müəyyən edilib; Sığorta tarifləri dəyişib”- Şamuqia qeyd edib.
Bununla yanaşı, nazir çıxışında fermerləri aqrosığortadan istifadə etməyə və məhsullarını iqlim risklərindən sığortalamağa çağırıb.