Otar Şamuqia - Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi sosial cəhətdən həssas şəxslərin məşğulluğu proqramına ilk gündən aktiv şəkildə qoşulub
Otar Şamuqia - Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi sosial cəhətdən həssas şəxslərin məşğulluğu proqramına ilk gündən aktiv şəkildə qoşulub

 

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi sosial cəhətdən həssas şəxslərin məşğulluğu proqramına ilk gündən aktiv şəkildə qoşulub- bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia hökumətin iclası başa çatdıqdan sonra jurnalistlərlə keçirilən görüşdə bildirib.

“Məşğulluq proqramında dörd minə yaxın vəzifə seçilib. İstər meşə, istərsə də xüsusi mühafizə olunan ərazilər agentliklərində, eləcə də Asiya mərmər bağacığına qarşı mübarizə tədbirlərində, müvafiq qərargahların fəaliyyətində insanları işlə təmin etmişik. Maraqlanan insanları cəlb etmək və onlara iş imkanları təqdim etmək üçün bu gün də açığıq. Məşğulluq proqramı çərçivəsində işə qəbul etdiyimiz insanların sonradan kifayət qədər yüksək ixtisas nümayiş etdirdiyi və onların bəzilərinin bu gün artıq əsas ştatda yer alması hallarının müşahidə olunduğunu dilə gətirmək istərdim. Məqsədimiz odur ki, bu insanlar daha çox təcrübə, daha çox bilik əldə etsinlər və sonradan daha yüksək maaşlı işlərdə işləsinlər”- deyə Otar Şamuqia açıqlayıb.