Otar Partsxaladzenin qardaşı barəsində qətimkan tədbiri olaraq həbs seçilib
Sabiq baş prokuror,Otar Partsxaladzenin qardaşı barəsində qətimkan tədbiri olaraq həbs seçilib.
Tbilisi Şəhər Məhkəməsi qərarı bu gün qəbul edib.
Tornike Partsxaladze narkocinayətə görə yaxalanıb.
Gürcüstanın Birinci Kanalının məlumatına görə,Partsxaladzenin üzərinə baxış keçirərkən bir ədəd suboksin həbi götürülüb.
Gürcüstanın Birinci Kanalına DİN-dən bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi ilə aparılır,bu isə 6 ilədək azadlıqdan məhrum edilməni nəzərdə tutur.
Hazırladı-Sevinc Mustafayeva