Otar Danelia - Kənd Təsərrüfatı torpaqları ilə bağlı qanun istisnalara yol verməyəcək
Parlamentin aqrar məsələlər komitəsinin sədri Otar Danelianın məlumatına görə, Kənd-Təsərrüfatı torpaqları ilə bağlı artıq qanunlayihə hazırlanıb, hansı ki, istisnalara yer verməyəcək.
Yeni qanunlayihə, torpaq icarəsini nəzərdə tutur və dəyişikliklərin inisiasiyası parlamentin yaz sesiyasında qəbul ediləcək.
Otar Danelia torpaq məsələləri ilə bağlı, Maliyyə Naziri Dmitri Kumsişvilinin bəyanatına səsləndi.
“Deputatların və nazirlərin əksəriyyəti eyni fikirə ola bilməzlər. Maliyyə naziri, iqtisadiyyatın inkişafı haqqında düşünür və bunun üçün hər resusrlardan istifadə etməyə çalışır. Ancaq, bu məsələ ilə bağlı baş nazir fərqli bəyanat vermişdi” – dedi Danelia.
Daneliyanın dediyinə görə, Parlament tərəfindən qəbul edilən konstitusiyaya əsasən, xarici vətəndaşlara torpaq sahəsinin verilməsi qeyri-məqbuldur. Digər detalları isə, orqan qanunu müzakirə edəcək.