Otar Danelia "Asya Mərmər Böcəyi"-nə qarşı onun bioloji düşmanının gətirilməsinə qarşı çıxır
Parlamentin aqrar məsələlər üzrə komitəsinin sədri Otar Danelia “Asya Mərmər Böcəyinə” qarşı bioloji “düşmanın” gətirilməsinə qarşıdır.
Danelianın jurnalistlərə bəyan etdiyinə görə, bu ideya haqqında pressadan öyrəndi.
“Real mənbə nə idi bilmirəm, ancaq bu haqda danışmaq hələ tezdir, çünki “Asya Mərmər Böcəyinin” yeganə bioloji düşmanı Yaponiya arısıdır, hansının Gürcüstana gətirilməsi ekosistemi dəyişə bilər. Ona görə də, belə riskə gedə bilmərik.
Gürcüstanda arıçılıq önəmli bir sahədir və ehtimala görə, Yaponiya arısı, onu da məhv edə bilər. Ancaq, mən bu sahənin alimi deyiləm və dəqiq qərar verə bilmirəm. Onu bilirəm ki, havaların qızması ilə bərabər, Asya Mərmər Böcəyi yenə çıxacaq və onun likvidasiyası üçün gərəkən məbləğ ayrılmalıdır” – dedi Danelia.