Tbilisi Meriyasının keçmiş əməkdaşı, Otar Abesadzeni məhkəmə salonundan azad etdilər. Bu barədə qərarı hakim az öncə qəbul etdi.
Abesadzeni məhkəmə 10 000 larilik girov əvəzinə azad etdi.
Ona qədər məhkəmə iclası bağlandı. Vəkilin məlumatına görə, burada Otar Abesadzenin sağlamlıq durumu barədə yeni qərar təqdim olunmuşdu. Qətimkan tədbirinin dəyişdirilməsini vəkil İrma Çkadua məhz elə bunun əsasında tələb edirdi.
Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi, rüşvətin alınması ittihamı ilə Tbilisi Meriyasının əməkdaşı, Otar Abesadzeni 2017-ci ilin iyulun 12-də həbs etdi.