Tbilisi meriyasının sabiq yüksək rütbəlisi Otar Abesadze bugün məhkəmə zalından azad edildi.
Abesadzeyi məhkəmə 1000 larilik qirov əvəzində azad etdi.
Ona qədər isə, vəkil tərəfindən Otar Abesadzenin sağlamlığının ağır olduğu barədə həkim qərarının təqdim edildiyinə görə, məhkəmə iclası bağlanmışdı.
Məhz tibbi qərara görə, vəkil İrma Çkadua cəza tədbirinin dəyişdirilməsini tələb edirdi.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin anti-korrupsiya agentliyi Otar Abesadzeyi 2017-ci ilin iyulun 12-də rüşvət almaq faktında yaxalamışdı.