Ortodoks kilsəsi Müqəddəs Qiorqi Gününü qeyd edir
Ortodoks kilsəsi Müqəddəs Qiorqi Gününü qeyd edir

 
Ortodoks kilsəsi bu gün Müqəddəs Qiorqi Gününü qeyd edir. Bayramla əlaqədar fəaliyyət göstərən bütün kilsə və monastırlarda təntənəli mərasim keçirilir.

Mayın 6-sı Böyük Şəhid Qiorqinin edam günüdür. Müqəddəs xariqüladə və qüdrətli Qiorqi gürcü xalqının himayədarı hesab olunur və onu Gürcüstanda xüsusilə sevirlər.

Rəvayətə görə, müqəddəs III əsrin ikinci yarısında Kapadokyada, zəngin xristian ailəsində anadan olub. Daha sonra Roma imperatoru Diokletianın hakimiyyəti dövründə Müqəddəs Qiorqi sərkərdə olub. Xristianların təqibləri başlayandan sonra o, imperatorla əlaqələrini kəsib. Roma imperatoru Müqəddəs Qiorqidən Məsihi inkar etməyi tələb edib. Müqəddəs Qiorqi 30 yaşında xristianlıq uğrunda şəhid olub. O, kilsənin tarixinə qüdrətli və yenilməz səmavi sərkərdə kimi daxil olub. Ona verilən digər işgəncələr arasında çarxa bağlanması da var. 303-cü ildə Müqəddəs Qiorqinin başını kəsdilər.

Müqəddəs Qiorqi Günü ildə iki dəfə qeyd olunur: müqəddəsin edam günü mayın 6-da və 23 noyabrda çarxda işgəncə verildiyi gün. 23 noyabrın qeyd olunması gürcü qaydası adlanır, çünki başqa kilsələrə Gürcüstandan keçib.