Orlando şəhərində Hellouin gecəsi baş verən atışmada iki nəfər həlak olub

16:22, 01.11.2024

Florida ştatının Orlando şəhərində Hellouin gecəsi atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yerli polisdən verilən məlumata görə, yaralılar rayon tibb mərkəzinə çatdırılıb, vəziyyətləri stabildir.

Atışma gecə saat 1 radələrində yüzlərlə insanın Halloween bayramını qeyd etdiyi ərazidə baş verib.

17 yaşlı cinayətkar həbs edilib, hücumun motivinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Oxşar