Orfolo poliqonunda şimşəyin çaxması zamanı yaralanan vitse-polkovnik klinikada dünyasını dəyişdi
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Orfolo poliqonunda şimşəyin çaxması zamanı yaralanan vitse-polkovnik, Qoderdze Aprasidze klinikada dünyasını dəyişdi.
Qoderdzi Afrasidze bir neçə gün klinikanın reanimasiya şöbəsində süni tənəffüs aparatında idi, səhhətinin vəziyyəti kritik olaraq ağır idi.
Gürcüstan Müdafiə Nazirliyi vitse-polkovnik Qoderdzi Aprasidzenin vəfatından dərin hüznlə kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına başsağlığı verir.
İyunun 13-də Orfolo poliqonunda planlı səhra təlimi zamanı Gürcüstan Müdafiə Qüvvələrinin Qərb Komandanlığının 2-ci piyada briqadasının 24-cü artilleriya batalyonunun komandiri podpolkovnik Qoderdzi Aprasidzeni şimşək vurdu. Xəsarət alan zabitə bölmənin hərbi həkimləri tərəfindən yerindəcə ilkin tibbi yardım göstərildi və Axaltsixe referal xəstəxanasına yerləşdirildi. Bundan sonra onu Tbilisidə, Simon Xeçinaşvili klinikasına apardılar.