Orbeliani meydanı və onun yaxın ərazisində reabilitasiya işləri başladı
Tbilisi meri Kaxa Kaladze bugün Orbeliani meydanı və onun yaxın ərazilərində reabilitasiya layihəsini başlatdı.
Tbilisi meriyasının məlumatına görə, layihənin məqsədi şəhərin tarixi hissəsində böyük turist marşrutunun yaradılması və yeni və köhnə reabilitasiya zonalarının bir-biri ilə birləşdirilməsidir.
Reabilitasiya işləri bir neçə mərhələdən ibarətdir.
Layihənin ümumi dəyəri 52 milyon lari təşkil edir və o məbləğ Tbilisi meriyasının büdcəsindən ayrılacaq.
Orbeliani meydanı və onun yaxınlığındaki ərazilərin reabilitasiya işləri “Yeni Tiflis” fondu çərçivəsində maliyyələşdirilir.
Layihənin təqdimatı Orbeliani meydanında keçirildi.