Orbeliani meydanında dekabrın 23-də "Yeni il kəndi"nin açılışı baş tutacaq
Orbeliani meydanında dekabrın 23-də "Yeni il kəndi"nin açılışı baş tutacaq

 

Orbeliani meydanında dekabrın 23-də “Yeni il kəndi”nin açılışı baş tutacaq-bu barədə paytaxt meri Kaxa Kaladze Tbilisi munisipalitetinin hökumət iclasında açıqlayıb.

O, yanvarın 13-ü də daxil olmaqla Orbeliani meydanında uşaqlar üçün əyləncəli tamaşalar, konsertlər, nağıl qəhrəmanlarının bayram yürüşləri, müxtəlif tədbirlər və musiqili axşamlar keçiriləcəyini bildirib.

“İlin əsas bayramı yaxınlaşır. Orbeliani meydanında dekabrın 23-də “Yeni il kəndi”nin açılışı baş tutacaq və mən hamınızı dəvət etmək istəyirəm. Orbeliani meydanı, 9 Aprel bağı və Atoneli küçəsi rəngarəng Yeni il bəzəkləri və instalyasiyaları ilə bəzədiləcək. Dekabrın 23-dən yanvarın 13-ü də daxil olmaqla gündəlik rejimdə uşaqlar üçün əyləncəli tamaşalar, konsertlər, nağıl qəhrəmanlarının bayram yürüşləri, müxtəlif aktivliklər, axşam saatlarında isə musiqili axşamlar keçiriləcək” -deyə Tbilisi meri açıqlayıb.

O, Yeni il qala-konsertinin dekabrın 31-də Avropa Meydanında keçiriləcəyini bildirib.

“Dekabrın 31-də sizi Avropa Meydanında qala-konsertdə gözləyirik. 2023-cü ili daha xoşbəxt və daha yaxşı gələcək gözləntisi ilə birlikdə qarşılayaq. Ən əsası yenə də əhval-ruhiyyəmiz və arzularımızdır, çünki möcüzə hamımızın bütün dünyada əmin-amanlıq , hər bir ailədə firavanlıq, əzizlərimizin sağlamlığı, savadlı və uğurlu gələcək nəsil, ölkənin tərəqqisi və inkişafı arzusundan başqa bir şey deyil. Yeni il günlərini gözəl paytaxtımızda birlikdə qeyd edək”- deyə Kaxa Kaladze açıqlayıb.