Orbeliani meydanı ətrafında hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq
“Tbilisi Piano Fest” çərçivəsində planlaşdırılan tədbirlə əlaqədar olaraq, 1 iyun saat 18:00-dan 3 iyun saat 04:00-dək, Atoneli və Vaxtanq Orbeliani küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Tbilisi meriyası məlumat yayır.
Paytaxt meriyası qeyd olunan müddətdə avtomobillərin hansı istiqamətdə hərəkət edə biləcəyini izah edir.
“Soliko Virsaladze və Qiorqi Çanturia küçələrindən Atoneli küçəsi istiqamətində hərəkət edən avtomobillər İtalia küçəsi ilə quru körpü istiqamətində hərəkət edə biləcək, lakin, quru körpüdən Atoneli küçəsinə gedən nəqliyyat isə Soliko Virsaladze və Qiorqi Çanturia küçələrindən istifadə edərək hərəkət edəcək. Rena Abjandadze küçəsinə gəlincə, nəqliyyat Vaxtanq Orbeliani küçəsinə gədər hərəkət edə biləcək, bundan sonra yolunu Mtkvari küçəsi istiqamətində davam etdirəcək”, – meriyanın məlumatında qeyd edilib.