Orbeliani meydanı ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Orbeliani meydanı ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

“Tbilisi Piano Fest 2023” çərçivəsində planlaşdırılan tədbirlərlə əlaqədar olaraq iyunun 16-sı saat 07:00-dan 19-u saat 03:00-dək Atoneli və Vaxtanq Orbeliani küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Qeyd olunanla əlaqəli məlumatı Tbilisi meriyası yayır.

Meriyanın məlumatına əsasən, Suliko Virsaladze və Qiorqi Canturia küçələrindən Atoneli küçəsinə doğru hərəkət edən avtomobillər İtaliya küçəsi ilə quru körpü istiqamətində, quru körpüdən Atoneli küçəsinə gedən nəqliyyat isə Suliko Virsaladze və Qiorqi Canturia küçəsindən istifadə etməklə hərəkət edə biləcək.