Onuncu çağırış Parlamentinin ilk iclasını Gürcüstan prezidenti açacaq
Onuncu çağırış Parlamentinin ilk iclasını Gürcüstan prezidenti, Salome Zurabişvili açacaq. İlk iclasın açılışından sonra, prezident sözü Parlamentin yaşlı üzvünə verəcək və o, sədrin seçilməsinə qədər iclasa rəhbərlik edəcək.
Parlamentin ilk iclası 11 dekabrda keçiriləcək. Gürcüstan prezidenti yeni seçilmiş Parlamentin ilk iclasının təyin olunması barəsində bu gün sərəncam verdi.
MSK-nın yekunlaşdırıcı protokoluna əsasən, onuncu çağırış Parlamentinə doqquz siyasi partiya düşdü. Buradan səkkizi müzalifət partiyasıdır və biri “Gürcü Arzusudur”. Parlamentdə 90 deputatı hakimiyyətin, müxalifətin isə, 60 deputatı olacaq.
Bu vaxt üçün məlum olan məlumata görə, müxalif partiyalar Parlamentə daxil olmaqdan imtina edirlər və hakimiyyət qarşısında öz tələblərini irəli sürürlər.