Onkoloji xəstəliklərin müalicəsinin əlyetərliyi ilə bağlı həyata keçirilən islahat çərçivəsində, onko-pasientlərin müalicəsi pulsuz olacaq
Onkoloji xəstəliklərin müalicəsinin əlyetərliyi ilə bağlı həyata keçirilən islahat çərçivəsində, onko-pasientlərin müalicəsi pulsuz olacaq

Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradzenin bəyanatına görə, ümumi səhiyyə sığortalama proqramında önəmli dəyişikliklər həyata keçirildi və bundan sonra, onko-pasientlərin müalicəsini tamamən dövlət maliyyələşdirəcək.

“Onkoloji pasientlərin müalicəsinin əlyetərliyi ilə bağlı çox vacib islahat həyata keçirildi və bundan sonra, onko-pasientlərin müalicəsi pulsuz olacaq.

Hər bir pasientə ayrılan illik büdcə 8000 lari ilə artdı və vətəndaşların ciblərindən ödəniləcək məbləğ 25 milyon lari ilə azalacaq”, – dedi Ekaterine Tikaradze.