Onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların xaricdə müalicəsi proqramının tərəfdaş klinikaları ilə müqavilələr imzalanıb
Onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların xaricdə müalicəsi proqramının tərəfdaş klinikaları ilə müqavilələr imzalanıb.
Qarşılıqlı əməkdaşlıq sənədini Gürcüstan Həmrəylik Fondunun rəhbəri Ekaterine Pestvenidze, Türkiyənin Anadolu Tibb Mərkəzi, İspaniyanın Kiron Salud Proton Terapiya Mərkəzi, Tel-Əviv Souraski (İxilov) Tibb Mərkəzinin rəhbərləri imzalayıblar.
Tədbir çərçivəsində Ekaterine Pestvenidze onkoloji diaqnoz qoyulmuş uşaqların xaricdə müalicəsi proqramının təqdimatını da keçirib və proqramın hər bir benefisiar üçün yaratdığı imkanlardan danışıb.
“Tərəfdaş klinikaların rəhbərləri də təqdimatlarla çıxış ediblər – onlar tədbirin qonaqlarını öz tibb müəssisələri və bu müəssisələrdə uşaq onkologiyası sahəsində mövcud imkanlarla tanış ediblər.
Onkoloji diaqnoz qoyulmuş uşaqlar üçün xaricdə müalicə proqramı hər bir benefisiara yüksək texnologiyalı, yüksək keyfiyyətli tibbi xidmətlərdən yararlanmaq üçün bərabər imkan yaradır. Onların ailələri isə onkoloji xəstəliklərlə mübarizə zamanı üzləşdikləri maliyyə təzyiqindən əhəmiyyətli dərəcədə azad olurlar. Proqrama diaqnostika və standart müalicə kursu daxildir: kimyaterapiya, şüa terapiyası, cərrahi müdaxilə. Həmçinin – pasiyentin ehtiyaclarından asılı olaraq proton terapiyası.
Tərəfdaş klinikalar arasında pasiyentlər fərd ehtiyacları, klinikanın imkanları və pasiyentin ailəsinin seçimi nəzərə alınmaqla bölünəcək. Proqram Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilir və onun illik büdcəsi təxminən 30 milyon lari təşkil edir.
Proqramı Gürcüstan Həmrəylik Fondu həyata keçirir. Xaricdə müalicə proqramı 2022-ci ilin dekabrında səhiyyə naziri Zurab Azaraşvili tərəfindən elan edilmiş Gürcüstanda müasir standartlara və yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş Uşaq Onkologiya Dövlət Mərkəzinin açılışına qədər keçid mərhələsidir.
Mərkəzdə bir məkanda tibbi xidmətlərin bütün spektri əlçatan olacaq. Bu istiqamətdə Səhiyyə Nazirliyi aktiv işlər həyata keçirir” – deyə Səhiyyə Nazirliyindən deyiblər.
Hökumətin qərarına əsasən, onkoloji diaqnoz qoyulan bütün uşaqlar dövlət maliyyə dəstəyi ilə Türkiyə, İsrail və İspaniyanın aparıcı klinikalarında da müayinə və müalicə olunmaq imkanı əldə edəcəklər.