Onkoloji cərrahiyyə büdcə vəsaiti ilə sığortalanan şəxslər istisna olmaqla, bütün xərçəng xəstələri, o cümlədən veteranlar və illik gəliri 40 000 laridən çox olan pasiyentlər üçün maliyyələşdiriləcək
Onkoloji cərrahiyyə sığortalanan veteranlar və illik gəliri 40 000 laridən çox olan pasiyentlər də daxil olmaqla bütün xərçəng xəstələri üçün maliyyələşdiriləcək – sözügedən layihə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin bugünkü iclasında müzakirə edilib.
Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 15 məsələni müzakirə ediblər.
İclasda ölkə miqyasında bütün xərçəng xəstələri üçün (büdcə vəsaiti ilə sığortalanan şəxslər istisna olmaqla) onkoloji cərrahiyyənin, həm planlı, həm də təcili əməliyyatların maliyyələşdirilməsi layihəsi müzakirə edilib. Onların arasında sığortalı veteranlar və illik gəliri 40 000 laridən çox olan pasiyentlər də var.
Cari ilin avqust ayından qərara əsasən ölkə miqyasında bütün onkoloji pasiyentlər üçün hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatları maliyyələşdirilib. Bu gün – Gürcüstan hökumətinin təsdiq etdiyi dəyişikliyə əsasən, kimya/hormon/şüa terapiyası və dərman preparatları, eləcə də onkoloji cərrahiyyə üçün maliyyələşdirmə vətəndaşlar üçün bərabər şəkildə təmin ediləcək.
Sözügedən qərara əsasən, ümumi səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir benefisiar üçün bərabər şəkildə əlçatan olacaq.