Onkoloji diaqnoz qoyulan uşaqların xaricdə müalicəsi üçün müraciətlərin qəbuluna başlanılıb
Onkoloji diaqnoz qoyulan uşaqların xarici ölkələrin aparıcı klinikalarında müalicəsi məqsədilə dövlət vəsaitinin alınması üçün müraciətlərin qəbuluna başlanılıb. Məlumatı Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayıb.
Proqramın tərəfdaş klinikaları bunlardır: Türkiyənin “Anadolu Tibb Mərkəzi”, İspaniyanın “QUIRONSALUD MEDICAL CENTERS” və İsrailin “Ixilov Tibb Mərkəzi”.
Paket diaqnostika və standart müalicə kursunu: kimyaterapiya, şüa terapiyası, cərrahiyyəni əhatə edir. Həmçinin – pasiyentin ehtiyaclarından irəli gələrək proton terapiyasını.
Proqramın benefisiarı onkoloji diaqnozu (Xəstəliklərin Beynəlxalq Təsnifatı (ICD) kodu ilə) olan 18 yaşına çatmamış şəxs ola bilər. Proqramda iştirak etmək üçün valideyn və ya ailənin nümayəndəsi Səhiyyə Nazirliyinin qəbuluna müraciət etməli və yerindəcə müraciəti doldurmalıdır, bunun üçün: ərizə formasını doldurmaq (anketi doldurmaq və imzalamaq üçün ərizəçi Səhiyyə Nazirliyində alacaq); Benefisiarın və ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə/pasport); Benefisiarın sağlamlıq haqqında arayışı – müvafiq ICD-10 və/və ya NCSP kodları göstərilməklə N IV-100/a forması (ingilis dilinə tərcümə edilmiş, notarial qaydada təsdiq edilmiş); Mövcud diaqnostik tədqiqatların cavabları (morfologiya, CT və s.) (ingilis dilinə tərcümə, notarial qaydada təsdiqlənmiş) lazımdır.
Pasiyentlər fərdi ehtiyaclarına, klinikanın imkanlarına və pasiyentin ailəsinin seçiminə əsasən klinikalar üzrə bölünəcəklər. Proqram haqqında ətraflı məlumatı Səhiyyə Nazirliyinin 15 05 qaynar xətti ilə əldə etmək olar.
Xaricdə müalicə proqramı Gürcüstanda bir məkanda tibbi xidmətlərin tam spektrinin əlçatan olacağı müasir standartlara, yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş Uşaq Onkologiya Dövlət Mərkəzinin açılışına qədər keçid mərhələsidir. Bu istiqamətdə Səhiyyə Nazirliyi aktiv şəkildə işləyir”- deyə Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.