Oninin meri təbii fəlakət zonasında axtarış əməliyyatlarının aktiv şəkildə davam etdiyini bildirir
Təbii fəlakət bölgəsində axtarış əməliyyatları aktiv rejimdə davam edir, hazırda 4 nəfərin axtarışları davam etdirilir-deyə Oni şəhərinin meri Serqo Xideşeli söyləyib.
“Mövcud məlumata görə, 29 vətəndaş tapılıb, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib. Dörd nəfərin axtarışı davam etdirilir. Axtarış işləri həm təbii fəlakətin baş verdiyi yerdə, həm də Çançaxa çayının və Rioni çayının yataqlarında, Oni və Ambrolauri munisipalitetinin ərazilərində aktiv rejimdə davam edir. Nə qədər ki, cüzi şans var, axtarışlar davam edəcək. Müvafiq xidmət işlərin dayandırılması və uzadılması ilə bağlı qərar verəcək”, – deyə Serqo Xideşeli bildirib.
Bundan əlavə, Oni merinin qeyd etdiyi kimi, təbii fəlakət zonasında bəndin möhkəmləndirilməsi və digər işlər davam etdirilir.
“İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbii fəlakət nəticəsində tamamilə dağılmış hər iki müvəqqəti körpü təbii fəlakət zonasında bərpa edilib və onlar hələ də müvəqqəti statusunu saxlayır. Bundan əlavə, işlər çərçivəsində birbaşa Şovidə çay yatağının düzülməsi və sahilbərkitmə işlərinə başlanılacaq”, – Oni meri bildirib.