Oninin meri Şovidə həlak olmuş 18 nəfərdən bu mərhələdə 14-nün şəxsiyyətinin müəyyən edildiyini bildirir
Oninin meri Şovidə həlak olmuş 18 nəfərdən bu mərhələdə 14-nün şəxsiyyətinin müəyyən edildiyini bildirir

 
Oninin meri Serqo Xideşeli Şovidə həlak olmuş 18 nəfərdən bu mərhələdə 14-nün şəxsiyyətinin müəyyən edildiyini, 16 vətəndaşın axtarışlarının davam etdiyini bildirir.

Xideşelinin sözlərinə görə, axtarış-xilasetmə işləri fasiləsiz şəkildə davam edir.

“Gürcüstanın Baş nazirinin qərarına əsasən, avqustun 7-si Şovidə təbii fəlakət nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq matəm günü elan edilib. Mən bir daha həlak olanların ailələrinə və bütün Gürcüstana başsağlığı vermək istərdim. Təbii fəlakət zonasına gəlincə, 18 vətəndaş həlak olub, onlardan 14-nün şəxsiyyəti müəyyən edilib, 16 vətəndaşın axtarışı davam etdirilir. İşlər 24 saat davam edir. Prosesə aidiyyatı qurumlar cəlb olunub. Bunun üçün onlara bir daha təşəkkür etmək istəyirəm. Fəlakət bölgəsinə 80-dən çox ağır texnika cəlb olunub və həlak olanların ola biləcəyi yeddi əsas lokasiyada iş aparılır. Eləcə də, digər ərazilərdə də axtarışlar davam edir”-deyə Xideşeli bildirib.

Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 18 nəfər həlak olub.

Bu gün Gürcüstanda matəm günüdür.