Oninin meri - iki nəfərin axtarış işləri fəal şəkildə davam edir, ərazi həm birbaşa təbii fəlakətin baş verdiyi bölgədə, həm də çaylarda genişləndirilib
Oni şəhərinin meri Serqo Xideşeli təbii fəlakət bölgəsində axtarış işlərinin fəal şəkildə davam etdiyini bildirir. O, hazırda iki nəfərin axtarışlarının davam etdirildiyini qeyd edir.
Bundan başqa, merin qeyd etdiyi kimi, hazırda tapılan 31 cəsəddən 29-nun şəxsiyyəti müəyyən edilib.
“Mövcud məlumata görə, Şovidə təbii fəlakət nəticəsində həlak olan 31 vətəndaş tapılıb, 29-nun şəxsiyyəti müəyyənləşdirilib, 2 nəfərin axtarışları hələ də aktiv şəkildə davam edir. Bildiyiniz kimi, bütün aidiyyatı qurumlar qoşulub. Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Qüvvələri, Qırmızı Xaç. Onlar 24 saat işləyirlər və mən onların hər birinə fədakar əməyə görə təşəkkür etmək istəyirəm.
Hazırda həm birbaşa təbii fəlakətin baş verdiyi ərazidə, həm də çaylarda axtarış tədbirləri davam etdirilir. Bildiyiniz kimi, Daxili İşlər Nazirliyinin üzən vasitələri, xilasetmə xidməti, xilasetmə xidməti tərəfindən üzən vasitələr cəl edilib və axtarış işləri həm çay məcralarında, Oni Munisipalitetinin ərazisində, həm də Ambrolauri Munisipalitetinin ərazisində aparılır və müvafiq olaraq ərazi genişləndirilib” – Oninin meri bildirib.