Oninin meri - həm Chanchaxi, həm də Rioni çaylarının yatağında axtarış işlərinin arealı artırılıb
Oninin meri - həm Chanchaxi, həm də Rioni çaylarının yatağında axtarış işlərinin arealı artırılıb

 
Həm Chanchaxi, həm də Rioni çaylarının yatağında axtarış işlərinin arealı artırılıb-bu barədə Oninin meri Serqo Xideşeli açıqlayıb.

Serqo Xideşelinin qeyd etdiyi kimi, bu vaxta olan mövcud məlumata görə, 27 vətəndaş ölüb, 25-nin şəxsiyyəti müəyyən edilib, 6 vətəndaşın axtarışları davam etdirilir.

“Bildiyiniz kimi, həm Chanchaxi, həm də Rioni çaylarının yatağında axtarış işlərinin arealı artırılıb. Mən bütün əməyi keçən şəxslərə, bütün strukturlara və bütün strukturların nümayəndələrinə, eləcə də munisipalitetlərin merlərinə, həmkarlarıma xalqımızın yanında olduqlarına və onları dəstəklədiklərinə görə təşəkkürümü bildirirəm. Axtarış işləri aktiv rejimdədir. Chanchaxi çayının yatağına ağır texnika keçirilib, həmçinin lokal olaraq fəlakət bölgəsində axtarış işləri aparılır. Dünən gecə boyu munisipalitetimizə güclü yağış yağsa da, axtarış işlərinin ləngiməsinə səbəb olmayıb” – Xideşəli bildirib.