Oni şəhərinin meri Serqo Xideşelinin verdiyi məlumata görə, Onidə, təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir
Onun sözlərinə görə, təbii fəlakət zonasında ilişib qalmış avtomobillərin bir qismi çıxarılıb və proses mərhələli şəkildə davam etdiriləcək. .
“Axtarış əməliyyatları 24 saat davam edir. Hazırda mövcud olan məlumata əsasən, 21 vətəndaş həlak olub, onlardan 19-nun şəxsiyyəti müəyyən edilib, 12 vətəndaşın axtarış-xilasetmə işləri davam etdirilir. Fəlakət bölgəsində sıxışan bəzi avtomobillər çıxarılıb, proses mərhələ-mərhələ davam edir. Axtarış ərazisi genişləndirilib, o cümlədən Çançaxi çayı vadisində axtarış işləri aparılır”, – Oni meri bildirib.
Bundan əlavə, Serqo Xideşelinin qeyd etdiyi kimi, bu gün Oni Munisipalitetində qeydə alınan təbii fəlakət nəticəsində həlak olan insanların anım mərasimi keçiriləcək.
O, Oni Munisipalitetinin meriyasının ölən vətəndaşların yas və dəfn xərclərini qarşılayacağını bildirib.
“Bir daha Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olan vətəndaşların yaxınlarına, bütün ölkəyə başsağlığı verirəm. Vətəndaşların dəfn mərasimləri bu gün başlayacaq. Biz yerli hakimiyyət orqanları, meriya nümayəndələri hər gün həlak olan vətəndaşların ailələri ilə əlaqə saxlayırıq. Yas mərasimləri həm Oni Katedralında, həm də Oni Mədəniyyət Evində keçiriləcək”, – Xideşeli bildirib.