Oni meri təbii fəlakət zonasında axtarış əməliyyatlarının hələ də aktiv olduğunu bildirir
Racada təbii fəlakət zonasında axtarış əməliyyatları aktiv rejimdədir-bu barədə Oni şəhərinin meri Serqi Xideşeli danışıb . Onun sözlərinə görə, işlərin aparıldığı ərazilərin genişləndirilməsi ilə bağlı müvafiq xidmət qərar verəcək.
“Fəlakət zonasında işlər hələ də aktivdir. Bildiyiniz kimi, ərazi həm birbaşa fəlakət zonasında, həm də Çançaxa və Rioninin məcralarındadır. Hazırda mövcud olan məlumata görə, 31 vətəndaşın cəsədi tapılıb, onlardan 29-nun şəxsiyyəti müəyyən edilib, iki nəfərin DNT araşdırması davam edir ki, bu da müəyyən vaxt aparır.
İki nəfərin axtarışı aktivdir. Əldə etdiyimiz məlumata görə, iki azyaşlı axtarışdadır. Axtarış işlərinin dayandırılması, ərazilərin genişləndirilməsinə və s. gəlincə, bununla bağlı xilasetmə xidməti qərar verəcək. Vətəndaşların axtarışı hətta kiçik bir şans olana qədər davam edəcək”-Serqo Xideşeli bildirib.
Bundan əlavə, Serqo Xideşelinin təbirincə munisipalitet səviyyəsində zərərin qiymətləndirilməsi komissiyası yaradılıb.