Ombudsmanın illik hesabatına baxılması, lazım gələrsə, məsələ tükənənə qədər davam edəcək
Gürcüstan Parlamenti bürosunun iclası zərurət yaranarsa, plenar iclasın gecə saatlarında davam etdiriləcəyi qərarını dəstəkləydi.
Şalva Papuaşvilinin bəyan etdiyinə görə, Xalq Müdafiəçisinin məruzəsinin bu gün, oktyabrın 7-də dinlənilməsi planlaşdırılır və müzakirələr saat 00:00-a qədər yekunlaşmasa, iclas davam etdiriləcək.
“Güman edildiyinə görə, Xalq Müdafiəçisinin illik hesabatının dinlənilməsini saat 13:00-da başlayacaq. İnanmıram ki, bu müzakirə 00:00-dan o yana keçsin. Hər halda, büro qərar verdik ki, əgər uzun sürsə, şənbə-bazar gəldiyinə görə, büronun qərarı lazımdır ki, iclas məsələnin tükənməsinə qədər davam etsin. Buna görə də, zərurət yaranarsa, oktyabrın 4-7-də keçiriləcək plenar iclasların həftəsinə aid olan büro qərarı səsə qoyulmalıdır. İstirahət günü, oktyabrın 8-də, şənbə günü, saat 00:00-dan Xalq Müdafiəçisinin oktyabrın 7-də başlayan hesabatının müzakirəsini davam etdirmək üçün plenar iclas keçiriləcək”, – Şalva Papuaşvili bəyan etdi.