Zurab Jvaniya ölümündən sonra “Parlamentin Azadlıq Ordeni” ilə təltif edilib
Zurab Jvaniya ölümündən sonra “Parlamentin Azadlıq Ordeni” ilə təltif edilib

Zurab Jvaniya ölümündən sonra “Parlamentin Azadlıq Ordeni” ilə təltif edilib. Gürcüstan parlamentində Zurab Jvaniyanın 60 illik yubileyinə həsr olunmuş tədbir və mükafatlandırma mərasimi keçirilib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili mükafatı Zurab Jvaniyanın həyat yoldaşı Nino Jvaniyaya təqdim edib.

Şalva Papuaşvilinin qeyd etdiyinə əsasən, Zurab Jvaniya Gürcüstan parlamenti adından Gürcüstan parlamentinə və parlamentarizminə verdiyi xüsusi xidmətə görə “Parlament Azadlıq Ordeni” ilə təltif edilib.

“Bu gün Zurab Jvaniyanın anadan olmasının 60 illiyidir. O, Gürcüstan demokratiyasının inkişafında, dövlət institutlarının formalaşmasında, xüsusən də parlamentin və parlamentarizmin inkişafında xüsusi xidmətləri olub. 31 yaşında parlamentin sədri oldu, 41 yaşında çox təəssüf ki, bu dünyadan köçdü, amma siyasətdə olduğu dövrdə, xüsusən də parlamentə rəhbərlik etdiyi dövrdə parlamentin prosessual formada formalaşmasına, qanunvericilik fəaliyyəti prosedurlarının müəyyən edilməsinə, nəzarət funksiyalarının gücləndirilməsinə, yəni, ümumiyyətlə, siyasət ideyasının həyata keçirilməsində böyük əməyi olub. Bu nailiyyəti qeyd etmək üçün biz Gürcüstan parlamenti adından onu Gürcüstan parlamentinə və parlamentarizmə verdiyi xüsusi töhfələrə görə Parlamentin Azadlıq Ordeni ilə təltif etdik”, – Şalva Papuaşvili bildirib.

 

.