Oliver Varhey - hakim partiyanın mübahisəli qanunu geri çağırmaq qərarını alqışlayıram, Gürcüstan yenə də Avropa İttifaqı yolunda bizim dəstəyimizə ümid edə bilər
Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı, Oliver Varhey bəyan edir ki, hakim partiyanın mübahisəli qanunu geri çağırmaq qərarını alqışlayır.
Bu bardə Oliver Varhey “tvitter” səhifəsində yazır.
“Hakim partiyanın qeyri-hökumət təşkilatları barəsində mübahisəli qanunu geri çağırmaq qərarını alqışlayıram. Gürcüstan yenə də Avropa İttifaqı yolunda bizim dəstəyimizə ümid edə bilər”, – Varhey yazır.
“Gürcü Arzusunun” siyasi şurasının, “Xalqın Gücü” və Parlament çoxluğunu birgə bəyanatında deyilir ki, Parlament çoxluğu “xarici təsir haqqında” qanunlayihəsinin geri çağırılması barəsində qərar qəbul etdi.