Gürcüstanın gələcəyi Avropa İttifaqındadır, – Avropanın Qonşuluq və Genişlənmə Məsələləri üzrə komissarı Oliver Varhey bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşdən sonra “Twitter” sosial şəbəkəsində yazıb.
“Avropa İttifaqının Gürcüstanın islahatlarına dəstəyi baş nazir Ğaribaşvili ilə söhbətin əsas mövzusu olub. Bizim çağırışımız Şuranın müəyyən etdiyi 12 prioritetin həyata keçirilməsini sürətləndirmək idi ki, Gürcüstan Avropa İttifaqına gedən yolda irəliləsin. Gürcüstanın gələcəyi Avropa İttifaqındadır”- Oliver Varhey yazır.