Oliver Varhey - Gürcüstan və Gürcüstan hökuməti öz işini görüb, ona görə də Gürcüstana status verilməlidir
Gürcüstan uzun yol keçib, Gürcüstan və Gürcüstan hökuməti öz işini görüb, ona görə də Gürcüstana namizəd statusu verilməlidir-bu barədə Avropa İttifaqına üzv ölkələrin xarici və Avropa işləri nazirləri şurasının iclasından sonra genişlənmə üzrə Avropa komissarı Oliver Varhey bildirib.
Varheyin sözlərinə görə, onun Gürcüstan xalqına və hökumətinə mesajı işləməyə davam etməkdir, çünki bu, uğurun ən yaxşı reseptidir.
“Bu, liderlərin özlərinin verməli olduğu strateji qərardır. Düşünürəm ki, bizim təkliflərimiz çox aydındır. Biz hesab edirik ki, Gürcüstan çox böyük yol qət edib. Gürcüstan və Gürcüstan hökuməti öz işini görüb, ona görə də Gürcüstana namizəd statusu verilməlidir. Avropa Şurasının bunu təsdiq edib-etməyəcəyini görəcəyik. Mənim Gürcüstan xalqına və Gürcüstan hökumətinə mesajım bundan ibarətdir ki, işləməyə davam edin. Bu, uğurun ən yaxşı reseptidir”, – Oliver Varhey bildirib.