Oliver Varhey - biz Avropa İttifaqına gedən yolda Ukrayna, Moldova və Gürcüstanı dəstəkləməyi davam etdiririk
Bu gün dərc edilən hesabat Avropa İttifaqının Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına üzvlük müraciətləri ilə bağlı 2022-ci il üçün rəyini tamamlayır, – bu barədə Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı, Oliver Varhey “tvitter” mikrobloqunda yazır.
Onun dediyinə görə, Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstana dəstəyini davam etdirir.
“Bu gün biz Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqı qanunvericiliyinə uyğunluğu ilə bağlı analitik hesabat dərc etmişik ki, bu da Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına üzvlük müraciətləri ilə bağlı əvvəlki 2022-ci il rəyimizi tamamlayır.
Biz Avropa İttifaqına gedən yolda Ukrayna, Moldova və Gürcüstanı dəstəkləməyi davam etdiririk”, – Avropa komissartı yazır.
Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına üzvlük müraciəti ilə bağlı hesabat dərc etdirdi.