Oliver Varhey - Avropa Komissiyası doqquz addımın atıldığını nəzərə alaraq, Avropa Şurasına Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edir
Oliver Varhey - Avropa Komissiyası doqquz addımın atıldığını nəzərə alaraq, Avropa Şurasına Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edir

Avropa Komissiyası doqquz addımın atıldığını nəzərə alaraq, Gürcüstana namizəd ölkə statusunun verilməsini Avropa Şurasına tövsiyə edir- Qonşuluq və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Oliver Varhey bu barədə sosial şəbəkədə yazır.

“Bu gün cəsarətli qərarlar və liderlik lazımdır. Avropa Komissiyası Avropa Şurasına üzvlük tələblərinə uyğunluq lazımi səviyyəyə çatan kimi Moldova, Ukrayna və Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlamağı, doqquz addımın atıldığını nəzərə alaraq Gürcüstana namizəd ölkə statusunun verilməsini tövsiyə edir”- Oliver Varhey “Twitter”də yazır.

Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsini Avropa Şurasına tövsiyə edib.  Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien və genişlənmə məsələləri üzrə Avropa komissarı Oliver Varhey birgə brifinqdə bildiriblər.