Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Oliver Varheinin Gürcüstana səfəri başlayıb.
Xarici İşlər Nazirliyinin məlumatında Tbilisi Beynəlxalq Hava Limanında xarici işlər nazirinin müavini Teimuraz Cancalia və Gürcüstanın Avropa İttifaqındakı səfiri Vaxtanq Maxaroblişvilinin Oliver Varheini qarşıladıqları deyilir.
İdarədən verilən məlumatda, iki günlük səfər çərçivəsində, Avropa komissarının Gürcüstanın icraçı və qanunvericilik hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcəyi bildirilir.
Görüşlərdə Gürcüstanın Avropaya inteqrasiya prosesinə, ölkənin bu istiqamətdə əldə etdiyi irəliləyişlərə və gələcək addımlara toxunulacaq.