Oliver Varhei - Rusiyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq
Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə komissarı Oliver Varhei sosial şəbəkədə avqust müharibəsi haqqında yazır.
Varheinin sözlərinə görə, Avropa İttifaqı Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.
“15 il əvvəl, 2008-ci ilin avqustunda Abxaziya və Sxinvali vilayətləri işğal olunub. O vaxtdan Gürcüstan işğal olunmuş rayonlarda Rusiyanın güclü hərbi mövcudluğu şəraitində yaşayır. Biz Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Rusiyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq” – Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə komissarı Oliver Varhei yazır.