Oliver Varhei - məqsədimiz iqtisadi artımın və iş yerlərinin Gürcüstana firavanlıq gətirməsidir
Oliver Varhei - məqsədimiz iqtisadi artımın və iş yerlərinin Gürcüstana firavanlıq gətirməsidir

 

İqtisadi və investisiya planımız enerji, rəqəmsal və nəqliyyat sahələrində əlaqəni əhatə edir – bu barədə Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhei “Twitter”də yazır.

Oliver Varhei bildirib ki, Avropa İttifaqının məqsədi iqtisadi artım və iş yerlərinin Gürcüstana firavanlıq gətirməsidir.

“Biz iqtisadi və investisiya planını müzakirə etmək üçün Gürcüstan hökuməti və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə görüşdəyik. İqtisadi və investisiya planımız enerji, rəqəmsal və nəqliyyat sektorlarında əlaqəni əhatə edir. Bu günə olan vəziyyətə görə 34 min kiçik və orta ölçülü müəssisə dəstəyimizi alıb. Biz istəyirik ki, Gürcüstandakı 80 min şirkət yardımımızdan faydalansın. Məqsədimiz iqtisadi artımın və iş yerlərinin Gürcüstana firavanlıq gətirməsidir”-deyə Oliver Varhei bildirib.