Oliver Varhei - İrakli Ğaribaşvili ilə Avropa yolunda Gürcüstanın atacağı addımları və Şərq Tərəfdaşlığının iqtisadi və investisiya planının praktiki icrası prosesini müzakirə etdim
Genişlənmə və Qonşuluq Siyasəti Məsələləri üzrə Avropa komissarı Oliver Varhei “Twitter” sosial şəbəkəsində Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə görüşünə münasibət bildirir.
Oliver Varhei baş nazir İrakli Ğaribaşvili ilə görüşdə Avropa yolunda Gürcüstanın atacağı növbəti addımları və Şərq Tərəfdaşlığının iqtisadi və investisiya planının praktiki icrası prosesini müzakirə etdiyini bildirib.
“Gürcüstan-Aİ Assosiasiya Şurasının bugünkü iclasından əvvəl Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Avropa yolunda Gürcüstanın atacağı növbəti addımları və Şərq Tərəfdaşlığının iqtisadi və investisiya planının praktiki icrası prosesini müzakirə etdim” – deyə Avropa komissarı qeyd edib.