Oliver Varhei - hamıya ortaq iqtisadi və sosial fayda gətirmək üçün birləşirik, Avropa öz vədlərini yerinə yetirir
Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhei “Twitter” sosial şəbəkəsində yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasına münasibət bildirir.
Oliver Varhei Avropanın öz vədlərinə əməl etdiyini qeyd edir.
“Planlarımızın həyata keçdiyini görmək məni hər zaman sevindirir. Avropanın 17 milyard avroluq İqtisadi və İnvestisiya Planı çərçivəsində bu gün Avropa Komissiyası, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Qara dəniz elektrik enerjisinin sualtı kabelinin tikintisi layihəsinin həyata keçirilməsinə dair anlaşma memorandumu imzaladı. Hamıya ortaq iqtisadi və sosial fayda gətirmək üçün birləşirik. Avropa öz vədlərini yerinə yetirir”-deyə Oliver Varhei qeyd edir.