Oliver Varhei - Gürcüstan hökuməti 12 prioritetin hamısının yerinə yetirilməsi üçün fəal şəkildə işləyir, biz məhkəmə islahatları istiqamətində, mütərəqqi ölkə olduğu korrupsiyaya qarşı mübarizədə müsbət dəyişikliklər görürük
Yaxın həftələrdə və aylarda Gürcüstan namizəd olmağa hazır olduğunu göstərmək üçün böyük cəfa çəkməli olacaq -bu barədə Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhei Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə birgə mətbuat konfransında bildirib.
Oliver Varhei bu arzunun bütün ölkə, bütün Gürcüstan, ölkə daxilində və xaricində bütün gürcülərin bu məqsəd üçün çalışacaqları şəraitdə gərçəkləşəcəyini qeyd edib.
“Əminəm ki, tarix heç vaxt eyni şansı iki dəfə vermir. Ona görə də biz bu fürsətdən istifadə edib onu reallığa çevirməliyik. Bunun üçün 12 prioriteti yerinə yetirməliyik. Biz bu istiqamətdə yaxşı tarix göstərməliyik, parlamentdə atılan addımları, mühüm qərarların, təkliflərin qəbul edildiyini, hazırlandığını görmək məni sevindirir. Mən Gürcüstan hökumətinin 12 prioritetin hamısının yerinə yetirilməsi üçün bu məsələ üzərində fəal işlədiyini görürəm. Biz artıq məhkəmə sistemində islahatların aparılması istiqamətində müsbət dəyişikliklərin şahidi oluruq, Gürcüstanın qabaqcıl ölkə olduğu korrupsiyaya qarşı mübarizədə irəliləyişlər görürük. Beynəlxalq Şəffaflığın məlumatına əsasən, Gürcüstan bu istiqamətdə müsbət təcrübəyə malikdir və digər Avropa ölkələri ilə müqayisədə xeyli irəlidədir, ancaq antikorrupsiya agentliyinin tam müstəqil olması üçün çox işləməli olacağıq, de-oliqarxizasiya haqqında qanuna ehtiyac var. Mən bu istiqamətdə işlərin başladıldığını başa düşürəm və əlbəttə ki, mütəşəkkil cinayətkarlıqla mübarizəni gücləndirmək üçün addımlar lazımdır. Qalanını, 12-dən hansı müddəaları nəzərdə tutduğumuz siz çox yaxşı bilirsiniz. Gürcüstan bu 12 prioritetin hamısını nə qədər tez yerinə yetirərsə, Avropaya gedən yolda bir o qədər sürətlə irəliləyəcək.
Mən aşağıdakıları vurğulamaq istərdim, Gürcüstan bu şərtləri nə qədər tez yerinə yetirərsə, Gürcüstan vətəndaşları namizəd statusunun verilməsi əsasında yaranacaq imtiyazlardan bir o qədər tez faydalanacaqlar. İtirəsi vaxtımız yoxdur. Biz öz tərəfimizdən sizinlə işləməyə, bu məqsədə gedən yolda hər bir addımda sizə kömək etməyə hazırıq, çünki Gürcüstan üzvlük üçün müraciət edərkən və ondan xeyli əvvəl Avropa dəyərlərinə sadiqliyini göstərərkən istək və məqsədini bizə çox aydın şəkildə göstərdi. Bu, bir neçə onilliklərə gedib çıxır. Bu xətt açıq-aydın görünürdü və müstəqillik dövründə xüsusilə özünü biruzə verdi. Bundan irəli gələrək, biz sizinlə bu istiqamətdə işləməyə hazırıq” – deyə Varhei bildirib.