Oliver Varhei - ən vacib məsləhət Gürcüstanın Avropa Komissiyasının rekomendasiyalarına köklənməsidir, ümid edirəm ki, Gürcüstanda hamı bunun üçün çalışacaq
Oliver Varhei - ən vacib məsləhət Gürcüstanın Avropa Komissiyasının rekomendasiyalarına köklənməsidir, ümid edirəm ki, Gürcüstanda hamı bunun üçün çalışacaq

 
Fikrimcə Gürcüstana verə biləcəyim ən vacib məsləhət rekomendasiyalara köklənməkdir-bu barədə Avropa Parlamentinin payız sessiyasının açıldığı Strasburqda Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhei bildirib.

Avropa komissarı bildirib ki, Gürcüstan tövsiyələrin yerinə yetirilməsinə çalışmalıdır.

“Fikrimcə Gürcüstana verə biləcəyim ən vacib məsləhət, Gürcüstanın necə namizəd ölkəyə çevrilməsi ilə bağlı müzakirələri tez bir zamanda genişləndirmək üçün Avropa Komissiyasının qiymətləndirməsinə daxil edilmiş tövsiyələrə köklənməkdir. Ümid edirəm ki, Gürcüstanda hər kəs bunun üçün çalışacaq” – Varhei bildirib.

Bununla yanaşı, işçi qruplarına müxalifətin tam spektrinin qoşulmaması ilə bağlı ünvanlanan suala cavabında Varhei bildirib ki, o, ölkəyə necə hərəkət etməyi məsləhət görə bilməz.

“Gürcüstan suveren ölkədir və nə edəcəyini bilir. Ona görə də mən ölkəyə necə davranacağını deyə bilmərəm, lakin hamıya əsas məsləhətim bunun üçün çalışmaq olardı. Bu, ömür boyu bir dəfə gələn unikal fürsətdir” – deyə Varhei bildirib.